AZ

Müəllimi güllələyən şagird həbs edildi

Bakı. Trend:

Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilənyeniyetmənin barəsində həbs qətimkan tədbiri seçilib.

Trend-inməlumatına görə, Binəqədi Rayon Məhkəməsindən onun barəsində həbsqətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanınıntəqdimatına baxılıb. Təqdimat təmin olunub Ə. Ş. barəsində 4 aymüddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hadisə fevralın 6-da Bakıda "İdrak" liseyində başverib. Liseyin müəllimi 29 yaşlı müəllim Səhla Kamilova 10-cu sinifşagirdi tərəfindən güllələnib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törətməkdəşübhəli bilinən Ə. Ş. Saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işibaşlanılıb.

Xəbər yenilənəcək

Seçilən
48
az.trend.az

1Mənbələr