AZ

Şagirdin güllələdiyi müəllim palataya köçürüldü

Bakı. Trend:

Bakıda şagirdin güllələdiyi müəllim palataya köçürülüb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən (KTM) məlumatverilib.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiyaşöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Məlumata görə, hazırda pasiyentin müalicəsi palata şəraitindədavam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədirayonunda yerləşən özəl “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Şriyaziyyat müəllimi Şəhla Kamilovaya odlu silahla xəsarət yetirib.Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Məqalədə:
Seçilən
80
1
az.trend.az

1Mənbələr