AZ

Zakir Nəsirovun oğlu kimdir və harda işləyir?

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, fevralın 6-də Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri təyin olunub. Bu haqda Prezident İlham Əliyev Sərəncam imzalayıb. Təyinatdan sonra sosial şəbəkələrdə və mediada Vüsal Nəsirli haqda müxtəlif məlumatlar yayıldı. Saytlar onun dosyesini verdi. Bəzi iddialarda isə deyilirdi ki, Vüsal Nəsirli general Zakir Nəsirovun oğludur.

Globalinfo.az-ın araşdırması nəticəsində bu məlumatın yalan olduğu ortaya çıxdı. Saytımıza daxil olan məlumatlarda deyilir ki, Vüsal Nəsirli əslən İmişli rayonundandır. Onun atası Zakir Nəsirov rayonun elektrik şəbəkəsində işləyib. Sadəcə general Zakir Nəsirovla ad-soyadları bənzərdir. Onları bağlayan başqa heç bir qohumluq əlaqəsinin olmadığı deyilir. AAYDA-nin yeni sədrinin sadə, zəhmətkeş ailənin övladı olduğu, bu məqama öz savadı, zəhməti ilə gəldiyi bildirilir.

Bəs general Zakir Nəsirovun öz oğlu kimdir? Harda işləyir? Hansı vəzifəni tutur?

Globalinfo.az-a daxil olan məlumatda qeyd edilir ki, Zakir Nəsirovun oğlu Seymur Nəsirov DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İmtahan Qeydiyyat İdarəsində (ictimaiyyətdə MERO kimi tanınan qurum-red.) yüksək vəzifə tutur. Polis polkovnik leytenantıdır. O bu vəzifəyə hələ atası həbsdə olanda o vaxtkı daxili işlər naziri Ramil Usubovun əmri ilə təyin olunub. Xatırladaq ki, bu təyinat cəmiyyətdə birmənalı qarşılanmamışdı. Seymur Nəsirov BDYPİ-nin İmtahan Qeydiyyat İdarəsində (“Meyvəli” deyilən yerdə-red.) ölkəyə daxil olan bütün yeni nəqliyyat vasitələrinin ilkin qeydiyyatını həyata keçirən vəzifəli şəxsdir.

Xatırladaq ki, Zakir Nəsirov Daxili İşlər Nazirliyində Baş Cinayət–Axtarış İdarəsinin rəisi vəzifəsini tutub. O, 2005-ci ilin mart ayında keçirilən “Qara kəmər” əməliyyatı zamanı saxlanılmışdı. Z.Nəsirov tabeliyində olan Hacı Məmmədovun cinayət əməllərini bilib, tədbir görməməkdə suçlanırdı. Məhkəmənin hökmü ilə Z.Nəsirova ömürlü həbs cəzası verilmişdi. General 2017-ci ilin aprel ayında həbsdən şərti azadlığa buraxılıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
globalinfo.az

1Mənbələr