AZ

İran: Zənginləşdirilmiş uran ölkə ərazisini tərk etməyəcək

İran: Zənginləşdirilmiş uran ölkə ərazisini tərk etməyəcək

İran İslam Respublikası ABŞ ilə nüvə proqramına dair mümkün saziş çərçivəsində yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü ölkələrə çıxarılması ehtimalını qəti şəkildə rədd edib.

AFN.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı Qətərin "Al Jazeera" telekanalına verdiyi müsahibədə bildirib.

Nazir vurğulayıb ki, uranın zənginləşdirilməsi səviyyəsi yalnız ölkənin daxili tələbatından asılıdır və zənginləşdirilmiş materiallar İran ərazisindən kənara çıxarılmayacaq. Bu bəyanat fevralın 6-da Omanın paytaxtı Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında nüvə böhranının nizamlanmasına dair keçirilən növbəti danışıqlar mərhələsindən dərhal sonra verilib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya tərəfi 2015-ci ildə olduğu kimi, uran ehtiyatlarının artıq qalan hissəsinin öz ərazisinə daşınması yolu ilə gərginliyin azaldılmasına kömək edə biləcəyini təklif etmişdi. Lakin rəsmi Tehranın son açıqlaması bu məsələnin hazırkı danışıqlar masasında olmadığını və İranın öz nüvə ehtiyatları üzərində tam nəzarəti saxlamaq niyyətində olduğunu nümayiş etdirir.

Seçilən
12
afn.az

1Mənbələr