AZ

"Yuventus" futbolçusunun müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılıq əldə edib

İtaliyanın "Yuventus" klubu futbolçusu Kenan Yıldızın müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılıq əldə edib.

"Far.Az" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Turin təmsilçisi 20 yaşlı cinah oyunçusunun nümayəndələri ilə anlaşıb.

Yeni sözləşmə 4 illik olacaq. Bu müqavilə onu komandanın ən çox maaş alan oyunçularından birinə çevirəcək.

Qeyd edək ki, Kenan Yıldız 2022-ci ildən "Yuventus"da çıxıış edir. O, cari mövsüm 31 oyunda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
1
far.az

2Mənbələr