AZ

Müəllim nüfuzu — millətin gələcəyinin təminatı - MƏQALƏ

Müəllim nüfuzunu qoruyaq!

Bəli, bu, gecikmiş bir çağırışdır!

Cəmiyyətimiz, o cümlədən təhsil idarəçiləri, ümumtəhsil və ali təhsil məktəblərinin rəhbərləri öztəhsil müəssisəsində çalışan müəlliminin nüfuzunu hərşeydən üstün tutmalıdır. Dəyərli müəllimlər, ziyalılarıhər bir mənəvi zərbədən qoruya bilmiriksə, əksinəonlar müəyyən təzyiqlərə məruz qalırlarsa, bu, birbaşaaidiyyatı təhsil idarəçilərinin problemidir. Onlar, öztəhsil müəssisələrində xarüqələr yaratsalar da, ənönəmli məsələdən kənarda qalacaq. Bu, müəllimnüfuzunun qorunmasıdır. Digər tərəfdən isə qeyd edəkki, cəmiyyətimizdə baş verən hadisələr məktəbin adınayazılmamalıdır. Müəllim-valideyn-şagird üçbucağı iləyanaşı, mühit amilini unutmamalıyıq.

Mətbuat yazır ki, müəllimə atılan güllə, bütünAzərbaycan təhsilinə atılan güllədir. Bu isə gecikmişetirafdır.

Ürəyimizi sıxan mühüm bir mövzuda, müəllimnüfuzunun qorunması zərurəti haqqında fikirlərimibölüşüb, çağırış etmək istəyirəm.

Müəllim - bu, yalnız bilik daşıyan bir insan deyil. Müəllim, gələcəyi formalaşdıran, cəmiyyətin mənəviqaynağı, uşaqlarımızın dünyagörüşünü şəkilləndirənbir məfhumdur. Tariximizin hər bir səhifəsindəmüəllimin böyük rolu olub, milli kimliyimizin, mədənidəyərlərimizin nəsildən-nəslə ötürülməsindəəvəzolunmaz əməyi var.

Lakin müasir dövrdə müəllim nüfuzu müəyyənçətinliklərlə üzləşir:

Birinci, müəllimin ictimai statusunun zəifləməsi.Əcəba, niyə müəllimin həyat səviyyəsi, maddi rifahılayiqli səviyyədə deyil? Müəllim öz ailəsinidolandırmaq üçün gecə-gündüz çalışmalı olduğu halda, hansı enerji ilə sinifə girə bilər?

İkinci, valideyn-müəllim münasibətlərindətarazlığın pozulması. Müəllim təlim-tərbiyə işinipeşəkarlıqla apararkən, həddindən artıq müdafiəsizqalır.

Üçüncü, informasiya texnologiyalarının inkişafı iləbilik mənbələrinin çoxalması. Bəzən şagirdlər "Hocam, internetdə belə yazır" deyə bilirlər. Amma unutmayaqki, internet informasiya verir, müəllim isə təfəkkür, tərbiyə və dəyər verir.

Sual olunur: Nə etməliyik?

Müəllim nüfuzunu bərpa etmək üçün hər kəsə özüzərinə düşən vəzifələr var:

Valideynlərə çağırışım: Müəllimlərə hörmət göstərin, onları övladlarınızın tərbiyəsi üçün ortaq kimi qəbuledin. Onların da insan olduğunu, səhvləri ola biləcəyininəzərə alın, ancaq həmişə yaxşı niyyətlə yanaşdıqlarınıunutmayın.

Şagird və tələbələrə məsləhətim: Müəlliminiz sizinüçün çalışır. Onun hər bir sözü, hər bir nəsihətigələcəyiniz üçün toxunur. Ona hörmət etməyi, dəyərinibilməyi öyrənin.

Cəmiyyətə müraciətim: Müəllimə dəyər vermək, təhsilə dəyər vermək deməkdir. Kütləvi informasiyavasitələri müəllimlərin uğurlarını, fədakarlıqlarını dahaçox işıqlandırmalıdır.

Dövlət qurumlarına müraciətim: Müəllimlərin maddivə mənəvi rifahını yüksəltmək üçün daha səmərəliaddımlar atılmalıdır. Müəllim öz layiqli həyatsəviyyəsinə yüksəldikdə, bütün diqqətini peşəsinəyönəldə bilər.

Aidiyyatı nazirlik və təhsil idarəçilərinə müraciətim: Müxtəlif peşələr varkən, niyə daim və davamlı olaraqmüəllim peşəsi və bu peşəni daşıyan subyektlərdavamlı olaraq müzakirə obyekti olmalıdır? Məgərdigər peşə sahibləri bu qədərmi mükəmməl vəuniversal olaraq səhv etmədən çalışır?! Müəlliminnüfuzunun qorunmasında aidiyyatı nazirlik vəqurumlar, təhsil idarəçiləri, ümumtəhsil və aliməktəblərin rəhbərləri, hətta təhsil müəssisələrindəçalışan struktur bölmə rəhbərlərinədək hər kəsinmarağı, töhfəsi olmaqla yanaşı, buna ürəkdən can atmalıdırlar. Müəllim nüfuzuna zərər gətirməyəçalışanların zərərsizləşməsində bütün cəmiyyət maraqlıolmalıdır. Müəllim öz-özünü qorumamalıdır. İlk növbədə onların çalışdığı müəssisələrin rəhbərləri özmüəllimini qorumağı bacarmalıdır. Bizim reallığımızbu olmalıdır!

Sonda, bir dəqiqə düşünək: Əgər müəllimin nüfuzuaşağı düşərsə, nə olar? Cəmiyyətin mənəvi təməlisarsılar, nəsillərin davamı zəifləyər, milli dəyərlərimiztədricən itər.

Müəllim nüfuzu yalnız müəllimin şəxsi məsələsideyil, bütövlükdə millətimizin gələcəyinintəminatıdır. Bu nüfuzu qorumaq hər birimizinvətəndaşlıq borcudur.

Müəllimlərə inanın, onlara arxalanın, onlarıdəstəkləyin. Çünki müəllimlərin güclü olduğumillətin gələcəyi parlaq olar.

Ruhiyyə Hüseynova

Iqtisad üzrə fəlsəfə doktoru

Mingəçevir Dövlət Universiteti

Seçilən
21
1
sia.az

2Mənbələr