AZ

Şəmkirdə qəsdən adam öldürmə cinayətinin üstü açıldı

Bakı. Trend:

Ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci iltəvəllüdlü Mahmudova Solmaz Dadaş qızının üzərində zorakılıqəlamətləri olan meyitinin aşkar olunması barədə rayonprokurorluğuna məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlərNazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında qeydolunub.

Prokurorluq və polis əməkdaşları tərəfindən birgə icra olunankompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsindəcinayətin üstü açılıb.

Həyata keçirilmiş tədbirlərlə zərərçəkmiş Solmaz Mahmudovanın1996-cı il təvəllüdlü Həmidli Arzu Mahir oğlu tərəfindən qəsdənöldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanmış cinayət işininibtidai istintaqı davam etdirilir.

Arzu Həmidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqatəhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismindətutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərinaxtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması,cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlbolunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindənmütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Seçilən
13
32
az.trend.az

10Mənbələr