AZ

İtaliyada Təl Əvivə “soyuq duş” İsrailli idmançıları açılışda fitə basılıb

ain.az bildirir, Sherg.az portalına istinadən.

2026 Milano-Kortina Qış Olimpiya Oyunlarının açılış mərasimində İsrailə qarşı etirazlar diqqət çəkib.

Sherg.az xəbər verir ki, Milandakı San Siro stadionunda keçirilən əsas mərasim zamanı israilli idmançılar tribunalardan fitə basılıb.

Eyni zamanda, ABŞ vitse-prezidenti Cey Di Vens stadion ekranında göstərilərkən də etirazlarla üzləşib. Sosial şəbəkələrdə İsrailin Olimpiadada iştirakına qarşı çağırışlar yayılıb.

Açılışdan əvvəl və Olimpiya məşəlinin Milano şəhərində turu zamanı yüzlərlə tələbə və Fələstin tərəfdarı aksiya keçirib. Etirazçılar “Azad Fələstin” şüarları səsləndirib, İsrailin oyunlardan kənarlaşdırılmasını tələb ediblər.

Milano- Kortina Qış Olimpiadasında 92 ölkədən təxminən 2 900 idmançı 16 idman növü üzrə mübarizə aparır. Oyunlar 22 fevrala qədər davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
sherg.az

1Mənbələr