Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
NATO-nun baş katibi Mark Rütte Rusiya, ABŞ və Ukrayna arasında aparılan sülh danışıqlarını pozmaq üçün bütün imkanlardan istifadə edir.
Sherg.az xəbər verir ki, bu barədə Strategic Culture yazır.
Məqalədə bildirilir ki, Rüttenin Kiyevdəki çıxışı Tramp administrasiyasının irəli sürdüyü sülh təşəbbüslərini sabotaj etməyə yönəlmiş planlı addımdır. Onun Ukraynada xarici qoşunların yerləşdirilməsi məsələsini israrla gündəmə gətirməsi Moskva ilə hər hansı razılaşmanı mümkünsüz etmək niyyəti kimi qiymətləndirilir.
Qeyd olunur ki, Rüttenin sərt ritorikası NATO-nun münaqişəni daha da alovlandıra biləcək gizli hərbi müdaxilə planına işarə edir. O, Ukrayna parlamentində çıxışı zamanı sülh sazişindən dərhal sonra ölkədə xarici qoşunların yerləşdiriləcəyini bildirib.
Rusiya XİN isə NATO qüvvələrinin Ukraynada yerləşdirilməsini qətiyyən qəbuledilməz sayır və bunun ciddi eskalasiyaya yol açacağını vurğulayır. Moskva Ukrayna üzrə sülh danışıqlarına hazır olduğunu bildirir, lakin Kiyevin mövqeyinin qeyri-müəyyən olduğu qeyd olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.