AZ

Kreml Ukrayna üçün təhlükəsizlik təminatlarını rədd etdi – Müharibə ŞİDDƏTLƏNİR!

“Kreml Ukraynaya veriləcək təhlükəsizlik təminatlarını qəbul etmir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-nin Hərbi Münaqişələrin Öyrənilməsi İnstitutu (Institute for the Study of War) analitikləri bildiriblər.

Analitiklər Sergey Lavrovun son açıqlamasına istinad ediblər. Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşlarının Ukraynaya təhlükəsizlik zəmanətləri verməsinə qarşıdır. Halbuki, Moskvanın 2022-ci ilin aprelində İstanbul danışıqları zamanı bu təminatlara razılıq verdiyi iddia olunurdu.

ISW Lavrovun açıqlamasını Kremlin yüksək vəzifəli rəsmilərinin ardıcıl bəyanatlarının davamı kimi qiymətləndirir. Bu açıqlamalar Rusiyanın gələcək sülh razılaşmalarının əsasını 2022-ci il “İstanbul razılaşması” üzərində qurmaq istədiyini və həm Ukraynaya, həm də NATO-ya qarşı tələblərindən geri çəkilmək niyyətində olmadığını göstərir.

Hesabatda qeyd olunur ki, Vladimir Putin və digər Kremlin rəsmiləri ABŞ tərəfindən təklif edilən 28 maddəlik sülh planını, eləcə də Rusiyanın ilkin hərbi məqsədlərindən imtina etməsini tələb edən bütün təşəbbüsləri dəfələrlə rədd ediblər.

ISW-nin qiymətləndirməsinə görə, Moskvanın mövqeyi yaxın perspektivdə real kompromisə getmək niyyətində olmadığını göstərir.

Aliyə

Seçilən
15
nocomment.az

1Mənbələr