Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxs Dubayda saxlanılıb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Ali Radanın keçmiş deputatı, rusiyalı siyasətçi Oleq Tsaryov özünün "Telegram" kanalında məlumat verib.
"Onun saxlanılmasına dünyanın bütün xüsusi xidmət orqanları cəlb olunublar", - deyə o yazıb.
Oleq Tsaryov, həmçinin həmin adamla əlbir olan şəxsin də saxlanıldığını qeyd edib.
Siyasətçi əlavə edib ki, Vladimir Alekseyev özünə gəlib və danışmağa başlayıb.
"SHOT" "Telegram" kanalı, həmçinin xəbər verir ki, saxlanılan şəxslər hazırda Dubaydan Moskvaya aparılırlar.
Xatırladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskva şəhərində ölkənin Müdafiə Nazirliyinin generalı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib. Naməlum şəxs Moskvanın Volokolamskoye şosesində yerləşən yaşayış binasında kişiyə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
"Cebheinfo.az"