AZ

Kenan Yıldız klubun ən çox maaş alan oyunçusu olacaq

style='margin-bottom:10px;'>

"Yuventus" gənc ulduzu Kenan Yıldızla yeni müqavilə barədə şifahi razılıq əldə edib.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər 4 illik yeni sözləşmə imzalayacaqlar. Bildirilir ki, 20 yaşlı hücumçu bu müqaviləyə imza atmaqla komandanın ən çox qazanan futbolçularından birinə çevriləcək.

Xatırladaq ki, Kenan 2022-ci ilin yayında "Bavariya"dan azad agent statusunda "qoca Sinyora"nın düşərgəsinə qoşulub.

Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr