AZ

Fransada keçmiş nazirə "Epşteyn qalmaqalı" ilə əlaqədar cinayət işi açıldı

Bakı. Trend:

Fransada Milli Maliyyə Prokurorluğu “Epşteyn sənədləri” işi üzrəkeçmiş mədəniyyət naziri Jak Lanq və onun qızı Karolin Lanqbarəsində istintaqa başlayıb. Onlar amerikalı maliyyəçi CeffriEpşteynlə birlikdə çirkli pulların yuyulmasında şübhəlibilinirlər.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

İstintaq "Mediapart" agentliyinin dərc etdiyi materialdan sonrabaşlanıb. Agentlik ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrəyayımladığı sənədlərə istinadla iddia edib ki, hər iki şübhəliamerikalı maliyyəçi ilə birlikdə Vircin adalarında qeydiyyatdankeçmiş "Prytanee LLC" şirkətinin sahiblərindən olub.

Həmçinin onların Mərakeşdə 5,4 milyon avro dəyərində daşınmazəmlakın satışı ilə bağlı sövdələşmədə iştirakı barədə məlumatverilib.

Bundan başqa Epşteyn öz vəsiyyətində Karolin Lanqa 5 milyondollar verilməsini tapşırıb, lakin Lanqa məlumatı şərh edərkənbundan xəbəri olmadığını bildirib.

Xatırladaq ki, Karolin Lanq bazar ertəsi mediada Lanq ailəsininEpşteynlə əlaqələri barədə məlumat yayıldıqdan sonraKinoprodüserlərin Həmkarlar İttifaqının rəhbəri və bir sıra digərvəzifələrindən istefa verib.

Məqalədə:
Seçilən
23
2
az.trend.az

3Mənbələr