AZ

Tanınmış jurnalistin ağır əməliyyatdan sonrakı vəziyyəti açıqlandı

Ötən gün beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı jurnalist Sevda Həsənovanın son vəziyyəti məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının məlumatına əsasən, Sevda Həsənova fevralın 2-də, saat 12:10-da onlara müraciət edib.

"Həkim müayinəsindən sonra zəruri tibbi xidmətlər göstərilən pasiyentə sağtərəfli akustik nevrinoma diaqnozu təyin edilib.

Onun üzərində fevralın 6-da sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı uğurla icra edilib.

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, huşu aydın, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, ötən gün yeddi saatdan çox davam edən əməliyyat zamanı S.Həsənovanın beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.

Seçilən
80
4
far.az

6Mənbələr