
İran və ABŞ arasında dolayı danışıqların ikinci raundunun keçiriləcəyi dəqiq tarix müəyyən edilməyib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tehran və Vaşinqton tezliklə yeni görüş keçirməkdə qərarlıdır.
"Hazırda danışıqların ikinci raundunun keçiriləcəyi konkret tarix yoxdur, lakin biz (Tehran - red.) və Vaşinqton hesab edirik ki, görüş bu yaxınlarda baş tutmalıdır", - nazir qeyd edib.