AZ

At ətini mal əti adı altında satmaq istəyənlər tutuldu

Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.

Hafta.az xəbər verir ki, polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar. T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Seçilən
16
28
hafta.az

10Mənbələr