AZ

SOCAR rəsmisi : “İlahə Həsənova 6 ilyerinə yetirmədiyi xidmətə görəpul alıb, araşdırma gedir”...



Ötən saylarımızın birində “SOCAR PETROLEUM” QSC-nin əməkdaşı İlahə Həsənovanın müraciəti barədə məlumat vermişdik. Məsələ ilə bağlı " SOCAR PETROLEUM " QSC -nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Afaq xanım Rza redaksiyamıza açıqlama göndərib. Açıqlamada deyilir : “ Məlumat üçün bildiririk ki, videomüraciət ünvanlayan İlahə Həsənova “SOCAR PETROLEUM” QSC-də 16.01.2020 il tarixdən hal hazıradək mühafizəçi vəzifəsində çalışır. QSC-nin daxili intizam qaydalarına uyğun olaraq, əməkdaşın xidməti fəaliyyətində aşkar edilmiş bir sıra ciddi nöqsanlarla bağlı aidiyyəti şöbə tərəfindən rəsmi araşdırma aparılmışdır.

İlkin araşdırmalar zamanı əməkdaşın əmək qanunvericiliyinin tələblərini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması, o cümlədən işgüzar mühitə xələl gətirən hərəkətlərə yol verməsi barədə faktlar qeydə alınmışdır.

Müəyyən olunmuşdur ki, İ.Həsənova işə qəbul olduğu zamandan etibarən 6 il müddətində gecə növbələrinə çıxmadığı halda, faktiki olaraq yerinə yetirilməyən xidmətə görə əlavə vəsaitlər almış və bununla da Cəmiyyətin büdcəsinə maddi ziyan vurmuşdur.

Videomüraciətdə səsləndirilən psixoloji təzyiq iddialarına gəldikdə isə bildiririk ki, adıçəkilən struktur rəhbəri bu vəzifəni cəmi 8 gündür icra edir, bu da “uzunmüddətli təzyiq” iddialarının əsassız olduğunu göstərir.

Həmçinin əməkdaş tərəfindən rəhbərliyin qəbul müraciətlərinin cavablandırılmaması ilə bağlı iddiaları da həqiqəti əks etdirmir. Belə ki, QSC-nin iş prinsipinə əsasən rəhbərlik və rəhbərlik yanında aparat tərəfindən rəsmi iş saatlarında edilən bütün müraciətlər aidiyyəti üzrə cavablandırılır.

Mühafizəçi kimi vəzifə öhdəliklərini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğu üçün Həsənova İlahə barəsində qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC hər bir əməkdaşın hüquqlarına hörmətlə yanaşır, lakin daxili korporativ etik və hüquqi qaydaların pozulması hallarına qarşı prinsipial mövqedədir”.

İradə SARIYEVA

Seçilən
12
1
baki-xeber.com

4Mənbələr