AZ

Müəllimi qorumaq gələcəyimizi qorumaqdır

Dünən biz bir faciə yaşadıq.

Bu, təkcə bir cinayət hadisəsi deyil, cəmiyyət, təhsil vəgələcəyimiz üçün həyəcan siqnalıdır.

10-cu sinif şagirdinin müəllimini güllələməsi hər birimizisarsıdan, susmağa imkan verməyən bir faktdır. Bu hadisə bizi nəticəilə yox, səbəblərlə üz-üzə qoyur. Çünki bu cür faciələr bir günün,bir anın işi deyil.

Bu problemin kökü ailədən, sosial mühitdən, nəzarətsiz və laqeydçevrədən başlayır. Amma artıq bir həqiqəti açıq deməliyik: təhsilsisteminə köhnə düşüncə ilə yanaşmaq ciddi səhvdir.

“Uşaq yaxşı oxuyursa, deməli problem yoxdur” yanaşmasıyanlışdır. Qiymət cədvəlində yüksək bal alan hər uşaq daxildəsağlam demək deyil. Akademik göstərici psixoloji tarazlığın ölçüsüola bilməz. Uşaq susa, dərsini oxuya, amma daxilində böyüyənaqressiyanı, qorxunu, təzyiqi heç kim görməyə bilər.

Bu təhlükəli yanaşma bu gün bizi ağır nəticələrlə üz-üzəqoyur.

Bunun üzərinə sosial şəbəkələr və internet oyunlarının təsiri dəəlavə olunur. Uşaqlar saatlarla virtual aləmdə yaşayır. Şiddətnormallaşdırılır, aqressiya oyuna çevrilir, insan həyatı ekrandabir düyməyə basmaq qədər dəyərsizləşdirilir. Real həyatla virtualaləm arasındakı sərhəd itdikcə, fəsadlar qaçılmaz olur.

Bu fakt bir daha göstərdi ki, cəmiyyətimizdə tərbiyə, nəzarət vəpsixoloji dəstək sahəsində ciddi boşluqlar var. Biz isə təəssüf ki,yalnız faciə baş verəndən sonra danışmağa başlayırıq.

Özümüzə sual verməyin vaxtıdır:
Məktəbdə uşaqların davranışına nə qədər diqqət yetiririk?
Riskli davranışlar vaxtında müəyyən edilirmi?
Psixoloji iş realdır, yoxsa kağız üzərində?
Uşaqların gününün neçə saatı ekran qarşısında keçir və biz bunanəzarət edirikmi?
Məktəbdənkənar vaxt həqiqətənmi təhlükəsiz mühitdə keçir?

Məktəblərdə psixoloji və fiziki təhlükəsizlik formal prosedurolmamalıdır. Bu, kağız üçün yox, uşaqlar üçündür. Valideyn yalnızqiymətə yox, övladının davranışına, psixoloji vəziyyətinə, daxilidünyasına və rəqəmsal mühitinə cavabdehdir.

14 yaşlı uşağı bu həddə gətirən mühit təftiş olunmalıdır. Omühitə ailə də daxildir, məktəb də, küçə də, telefon ekranınınarxasındakı görünməz dünya da. Çünki kövrək yaşda edilən ağırsəhvin məsuliyyəti təkcə bir uşağın üzərinə yüklənə bilməz. Bu,bölüşülməli məsuliyyətdir.

Bu gün müəllimə tuşlanan silah, əslində, təhsilə, cəmiyyətə vəgələcəyimizə tuşlanıb. Vaxtında reaksiya verilməsə, sabah daha ağırfaciələrin şahidi ola bilərik. Bu hadisəyə susmaq mümkün deyil.

Ümummilli Lider Heydər Əliyevin “Mən dünyada müəllimlikdənyüksək ad tanımıram” fikri bu gün sadəcə sitat kimisəslənməməlidir. Müəllimi qorumaq, ona hörmət etmək, onu uca tutmaq— gələcəyimizi qorumaqdır.

Şəhla müəllimə gənc, istedadlı, uşaqların taleyinə valideynməsuliyyəti ilə yanaşan peşəkar pedaqoq idi. Ona açılan atəş birnəfərə deyil — cəmiyyətimizin dəyərlərinə və sabahına açılanatəşdir.

Sevil Mikayılova
Milli Məclisin deputatı, IPU vitse-prezidenti

Məqalədə:
Seçilən
71
4
az.trend.az

5Mənbələr