AZ

Mikelancelonun rəsmi 27,2 milyon dollara satıldı


İntibah dövrü rəssamı və heykəltəraşı Mikelancelo Buonarrotinin (1475-1564) rəsmi “Christie's” hərrac evində 27.2 milyon dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Hərrac evinin ekspertləri əvvəllər məlum olmayan qırmızı təbaşir eskizində Liviya Sibilinin sağ ayağının təsvir olunduğunu müəyyən ediblər.
Onun fiqurunu Vatikandakı Sikstin Kapellasının freskalarında görmək olar.
Lotun başlanğıc qiyməti 1,5-2 milyon dollar olub. Hərrac 45 dəqiqədən çox davam edib və rəsmin anonim bir alıcı tərəfindən 27,2 milyon dollara satın alınması ilə başa çatıb.
İtalyan heykəltəraşı, rəssamı, memarı və şairi olan Mikelancelonun Qərb incəsənətinin inkişafında mühüm rolu olub.
Onun ən məşhur əsərləri arasında 300-dən çox fiqurun yer aldığı Sikstin Kapellasının tavanı (1508-1512), Florensiya Davud heykəli və Vatikandakı Müqəddəs Pyotr Bazilikasında saxlanılan ”Pieta” (Məsihin mərsiyəsi) heykəltəraşlıq kompozisiyası var.
Seçilən
13
yeniavaz.com

1Mənbələr