“Arsenal”ın Viktor Qyokereşi yanvarın ən yaxşı oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, İsveçli forvard azarkeş səsverməsində 48 faizli səslə digər namizədləri – Qabriel Jezus, Martin Subimendi və Qabriel Martinellini qabaqlayıb.
Qyokereş ötən ay 8 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. “Arsenal” hazırda Premyer Liqada 53 xalla liderdir.