AZ

Messi, Müller...

style='margin-bottom:10px;'>

ABŞ yüksək liqasında (MLS) yeni mövsümdən öncə ən yaxşı futbolçuların reytinqi açıqlanıb.

QOL.az xəbər verir ki, "Goal" portalı tərəfindən yayımlanan siyahıya "İnter Mayami"nin argentinalı superulduzu Lionel Messi başçılıq edir.

Reytinqin ikinci pilləsində "Vankuver"in şərəfini qoruyan almaniyalı hücumçu Tomas Müller, üçüncü yerdə isə eyni klubdan olan cənubi koreyalı oyunçu Son Hın Min qərarlaşıb.

İlk onluqda yer alan digər futbolçular bunlardır:

1. Messi ("İnter Mayami")
2. Tomas Müller ("Vankuver)
3. Son Hın Min ("Vankuver)
4. Anders Dreyer ("San Dieqo")
5. Rodriqo de Paul ("İnter Mayami")
6. Denis Buanqa ("Los Anceles")
7. Evander ("Sinsinnati")
8. Kristian Roldan ("Sietl")
9. Sebastian Berhalter ("Vankuver")
10. Sem Surric ("Neşvill")

Xatırladaq ki, ötən mövsüm Messi komandası ilə birlikdə MLS çempionu titulunu qazanıb.

Seçilən
29
teleqraf.com

1Mənbələr