Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran və ABŞ Omanda nüvə proqramı ilə bağlı danışıqların növbəti raundu üzrə qərarların öz ölkələrinin paytaxtları ilə məsləhətləşmələr apararaq razılaşdırılması barədə razılığa gəlib.
Bu, göstərir ki, tərəflər arasında Omandakı danışıqlar konstruktiv keçib. Görünür, tərəflər bir-birilərini başa düşüblər. Əslində bu, gözlənilən idi. Çünki müharibə nə Tehrana, nə də Vaşinqtona sərf edir.
Eskalasiya riskinin minimuma enməsi üçün Tehran və Vaşinqton nüvə dosyesi ilə bağlı konsensus əldə etməlidirlər. Fikrimcə, bu, mümkündür. Çünki İran müharibə istəmir. İran rəsmiləri hər nə qədər bu ssenariyə hazır olduqlarını deyib ABŞ-ni hədələsələr də reallıqda rəsmi Tehranın işi heç də asan deyil. İran faktiki olaraq böhran içindədir. Belə bir vəziyyətdə mümkün müharibə İran rejiminin süqutunu daha da yaxınlaşdıra və bütünlükdə cənub qonşumuz üçün katostrafik durum yarada bilər.
Düşünürəm ki, qarşıdakı dövrdə tərəflərin mövqeləri daha da yaxınlaşa bilər. Hərçənd bu prosesdən narahat olan İsrail mümkün qədər çalışacaq ki, "suları bulandırsın".
Kənan Novruzov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.