AZ

Güllələnən general komadan ayıldı

Sui-qəsd cəhdinin qurbanı olan general-leytenant Vladimir Alekseyev özünə gəlib.

Publika.az xəbər verir ki, bu barədə "Zvezda" məlumat yayıb.

Bildirilir ki, general artıq danışır. Alekseyev əvvəllər əməliyyat olunmuşdu və komada idi.

Fevralın 6-da naməlum hücumçu Moskvanın Volokolamskoye şossesindəki binanın girişində generala arxadan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah qaçaqmalçılığı maddələri ilə cinayət işi açılıb.

Seçilən
22
publika.az

1Mənbələr