AZ

Xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ

Azərbaycandan xarici ölkələrdə təhsil almağa gedənlərin sayı artmaqdadır. Bunun üçün xaricdə təhsil üzrə Dövlət Proqramı həyata keçirilir. Proqram çərçivəsində gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması, müasir bilik və bacarıqlara yiyələnərək ölkəyə qayıdıb strateji sahələrdə fəaliyyət göstərməsi hədəflənir.

Lakin qlobal trendlər sürətlə dəyişir, texnologiya, iqlim, səhiyyə və təhlükəsizlik kimi sahələr inkişaf edir. Bu səbəbdən mövcud ixtisas siyahısının yenilənməsi zərurəti ortaya çıxır.

Bəs Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ixtisasların siyahısına əmək bazarının gələcək tələblərinə cavab verən hansı ixtisasların salınması məqsədəuyğundur?

Mövzuya münasibətini bildirən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, xaricdə təhsil proqramında əlavə olunacaq ixtisaslar yeni dövrün tələbi, gələcək üçün lazım olan ixtisaslar olmalıdır.

O, bir neçə ixtisasın proqramda yer almasının zəruri olduğunu qeyd edib:

“Düşünürəm ki, innovasiya menecmenti, o cümlədən, ağıllı şəhər və ev mühəndisliyi, iqlim müdafiəçisi, proqram tərtibatçıları, kvant maşını öyrənmə analitiki və günü-gündən inkişaf edən elektron ticarət üzrə mütəxəssis, süni intellekt üzrə mütəxəssis, rəqəmsal transformasiya üzrə mütəxəsisilik kimi yeni ixtisaslar dövlət təhsil proqramına daxil olunmalıdır və bu istiqamətdə biz kadr hazırlığını həyata keçirməliyik.

Hazırda xaricdə təhsil üzrə dövlət proqramında yeni dövrün ixtisasları, müasir çağırışlara uyğun ixtisaslar yer alır və bizim üçün priotitet hesab edilən ixtisaslar istiqamətində kadr hazırlığı həyata keçirilir. Məsələ bundan ibarətdir ki, biz təkcə yaxın 10-15 il yox, ən azı 15-20 il sonra üçün də kadr hazırlamalıyıq. Adlarını çəkdiyim ixtisaslar üzrə də kadrlara ehtiyacımız var”.

Günay Şahmar, Bizim.Media

Seçilən
12
1
bizim.media

2Mənbələr