AZ

“Bavariya” Noyerlə bağlı bu addımı atdı

“Bavariya” Manuel Noyerə 2027-ci ilin yayına qədər nəzərdə tutulan bir illik yeni müqavilə təklif edib.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skiranın məlumat yayıb.

Hazırda “Bavariya” alman qapıçının qərarını gözləyir.

39 yaşlı qapıçının mövcud sözləşməsi mövsümün sonunda başa çatır. Lakin o, hələ də Vensan Kompaninin komandasında etibarlı oyun nümayiş etdirir. Bu mövsüm Noyer bütün turnirlərdə 26 matçda meydana çıxıb və yeddi oyunda qapısını toxunulmaz saxlayıb.

Seçilən
10
publika.az

1Mənbələr