AZ

Evdə tək filminin aktyoru barəsindəki cinayət işi bağlandı

ain.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ-nin məşhur "Evdə tək" filminin ulduzu Daniel Stern fahişəliyə təhrik etmək işi üzrə bəraət qazanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TMZ nəşri məlumat verib.

Qeyd edək ki, ötən ilin dekabr ayında aktyora Kaliforniyada hotellərdən birində eskort qadın kirayələməyə cəhd etdiyinə görə cərimə yazılıb. Daha sonra Sternə qarşı rəsmi şəkildə ittiham irəli sürülüb. İşə Ventura dairəsində baxılıb.

Lakin indi cinayət işinə xitam verilib. Ventura dairə prokurorluğunun nümayəndəsinin sözlərinə görə, Stern xüsusi kurslara cəlb olunub. Bundan sonra ona qarşı irəli sürülən ittihamlar ləğv edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
oxu.az

2Mənbələr