AZ

Füzulidə icazəsiz tikinti işləri aparan şəxs barəsində tədbir görüldü

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində vətəndaş Fuad Əbülfət oğlu Aydınov tərəfindən həyata keçirilən qanunsuz tikinti işləri müəyyən olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama verib.

Füzulidə icazəsiz tikinti işləri aparan şəxs barəsində tədbir görüldü

Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı lazımi addımların atılması üçün Füzuli Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlayıb.

Həmin müraciətə əsasən, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Füzuli Rayon İcra Hakimiyyəti nümayəndələrinin birgə iştirakı ilə görülən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikilinin söküntüsü təmin edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
oxu.az

1Mənbələr