AZ

Azərbaycanda polis əməliyyatı: 165 nəfər saxlanıldı

Fevralın 6-da polinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 165 nəfər saxlanılıb.
Ölkə.az DİN Mətbuta xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində axtarışda olduğuna görə ümumilikdə 165, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

“Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb. 

Polis əməkdaşlarının fevralın 6-da keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq cinayətləri üzrə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.

Polis əməkdaşlarının ötən gün ərzində  keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış tədbirləri davamlı şəkildə həyata keçirilir”,- məlumatda qeyd olunub.

Mürtəza

Seçilən
6
1
olke.az

2Mənbələr