ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İranla ticarət əlaqələrinə davam edən ölkələrə qarşı rüsumların artırılmasına icazə verən fərman imzalayıb.
Sənəddə, məsələn, birbaşa və ya dolayı yolla İran mallarını və ya xidmətlərini alan ölkələrdən idxal edilən mallara 25 faiz əlavə advalor rüsumunun tətbiqi nəzərdə tutulur. İranın əsas ixracatı neftdir. Bu daşınmaların təxminən 80 faizinin Çinə getdiyi bildirilir. Amma bu rəqəmlər Çin statistikasında göstərilmir.
Xammal Malaziya və İndoneziya adı ilə yüklənərək üçüncü ölkələrə daşınması kimi qeydə alınır.
Qeyd edək ki, Azərbaycan bazarında kifayət qədər İrandan idxal edilən məhsullar var. Baş verən proseslər Azərbaycan bazarına necə təsir edəcək?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Cebheinfo.az"-a bildirib ki, bu istiqamətdə dünya mediasının yaydığı məlumatda bir qədər yalnış anlaşma olub:

"Belə ki, burada Amerikaya satılacaq mallara 25 faiz rüsumdan söhbər gedir. Məsələn, Azərbaycan İranla ticarət edirsə və Azərbaycandan Amerikaya satılan mallar varsa, ona 25 faiz rüsum tətbiq olunacaq. İrandan gələn məhsullara deyil. Azərbaycan daha çox Amerikadan məhsul alır.
Ötənilki ticarət dövriyyəsinə baxsaq, Azərbaycan Amerikaya satdığından oradan dəfələrlə çox məhsul almışıq. Əksinə, Amerika maraqlıdır ki, Azərbaycana daha çox məhsul satsın. Ona görə də Azərbaycana ciddi bir təsir edəcəyini düşünmürəm. Burada əsas hədəf Çinlə Rusiyadır.
Yəqin ki, malların siyahısı da dərc olunacaq. Burada əsasən söhbət neft və neft məhsulları, qazdan söhbət gedəcək. Azərbaycan İrandan neft məhsulları almır. Daha çox kənd təsərrüfatı, ərzaq, məişət kimyası məhsulları, təmizlik ləvazimatları alır. Buna sanksiyaların olacağını düşünmürəm. Çünki dünyada yazılmamış qanunlar da var.
Məsələn, Rusiyaya 30 minə yaxın sanksiya tətbiq edilsə də, bu ölkənin ərzağına qarşı hələ ki, sanksiya yoxdur. Hətta Avrfopa İttifaqı ölkələri belə, Rusiyadan ərzaq alırlar.
Məsələn, taxıl, buğda, arpa, qarabaşaq alanlar da var. Ona görə də ərzaq məhsullarına məhdudiyyətlərin tətbiq olunacağını düşünmürəm. Məncə, Azərbaycana böyük ölçüdə təsir etməyəcək. Ancaq Azərbaycan Amerika ilə daha yaxşı münasibətlərin olmasında maraqlıdır.
Ola bilər ki, Amerika ilə münasibətləri nəzərə alaraq İranla ticarəti xeyli dərəcədə azaltsın və bu mümkündür. Bu da Azərbaycan bazarında İran məhsulları daha ucuz olduğuna görə, onların analoqu olan Türkiyə və başqa ölkələrin məhsulları onsuz da var və onların qiymətində artım ola bilər.
Yəni İran məhsulları Azərbaycan bazarından çəkilərsə, digər ölkələrin eyni tipli məhsulları Azərbaycan bazarında təəssüf ki, bahalaşa bilər. Belə bir gözlənti formalaşıb".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.