Bakı. Trend:
Fin körfəzinin akvatoriyasında eyni istiqamətdə hərəkət edən ikigəmi toqquşub.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiyanın Leninqrad vilayətiüzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətiməlumat verib.
“Eyni istiqamətdə hərəkət zamanı "Glifada" və "Aeolian Fortune"gəmiləri arasında yanlama toqquşma baş verib”, – məlumatdabildirilib.
Vurğulanıb ki, toqquşma nəticəsində xəsarət alan yoxdur, ətrafmühitin çirklənməsi qeydə alınmayıb. Hadisə digər gəmilərinhərəkətinə təsir göstərmir.
Hər iki gəminin heyəti dəymiş ziyanın qiymətləndirilməsiniaparır.