AZ

29 yaşlı Şəhla müəllimin SƏHHƏTİ İLƏ BAĞLI AÇIQLAMA – Hazırda durumu…

Ötən gün “İdrak” liseyində şagirdi tərəfindən güllələnən müəllimin durumu hazırda stabildir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

“1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.

Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.

Seçilən
12
2
millitv.net

1Mənbələr