AZ

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU açıqlandı

Bu gün Bakıdakı “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın son durumu açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

SON DƏQİQƏ! İdrak Liseyində şagird müəllimi güllələdi – VİDEO


Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, Şəhla Kamilovanın müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, ötən gün “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Fatimə Əliyeva, Bizim.Media

Seçilən
20
bizim.media

1Mənbələr