Bakı. Trend:
Çinin şimalında, Şansi əyalətində fəaliyyət göstərənbiotexnoloji zavodda baş vermiş partlayış nəticəsində azı 5 nəfərhəyatını itirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Hadisə səhər saatlarında “Japeng” şirkətinin Şanyin rayonundayerləşən istehsal müəssələrindən birində baş verib. Yerli vaxtla10:38-də xilasedicilər dağıntılar altında 5 işçinin cansız bədəniniçıxarıb.
Hazırda sahədə axtarış-xilasetmə tədbirləri davam etdirilir.Hakimiyyət partlayışın səbəblərini araşdırmağa başlayıb.