BAKI, 7 fevral. TELEQRAF
Çinin şimalındakı Şansi əyalətində fabrikdə baş verən partlayış nəticəsində beş nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumatda hadisənin bu gün səhər saatlarında "Tszyapen" biotexnologiya şirkətinin müəssisəsində qeydə alındığı bildirilir.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
Hakimiyyət orqanları partlayışın səbəbi bağlı araşdırmaya başlayıb.