AZ

Ukrayna müharibəsi martda bitir, mayda isə... - Sensasion plan

Amerika və Ukrayna danışıqlarının iştirakçıları Rusiya və Ukraynanın mart ayında sülh razılaşmasına nail olması üçün sensasion planı müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ-Ukrayna danışıqları zamanı müzakirə olunan çərçivəyə əsasən, istənilən razılaşma eyni vaxtda Ukraynada keçiriləcək milli seçkilərdə referenduma təqdim ediləcək.

ABŞ nümayəndələri bildiriblər ki, noyabr ayında keçiriləcək aralıq konqres seçkiləri yaxınlaşdıqca, Trampın daxili məsələlərə diqqət yetirəcəyi ehtimal olunur. Bu da ABŞ-ın yüksək vəzifəli rəsmilərinin sülh sazişi bağlamaq üçün daha az vaxtı və siyasi kapitalının olacağı deməkdir.

İki mənbə bildirib ki, ABŞ və Ukrayna rəsmiləri may ayında seçkilərin və referendumun keçirilməsi imkanlarını müzakirə ediblər.

Seçilən
28
publika.az

1Mənbələr