AZ

Tramp: İranla çox yaxşı danışıqlar apardıq

"Bu gün İranla çox yaxşı danışıqlar apardıq”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Görünür, İran razılaşma əldə etməyi çox istəyir, amma biz bunun necə bir razılaşma olduğunu görməliyik", - deyə Tramp bildirib.

Dövlət başçısı əlavə edib ki, İranın razılaşma əldə etmək istəməsi normaldır, çünki ABŞ donanması tezliklə sahilə yaxınlaşacaq.

Prezident deyib ki, ABŞ İranda hərbi əməliyyata tələsmir, çünki həm bütün hərbi qüvvələrini mövqeyə gətirməlidir, həm də diplomatik həll yoluna üstünlük verir.

Seçilən
8
3
xezerxeber.az

4Mənbələr