AZ

Takaiçi: Rusiya ilə bağlı ümidimizi itirməmişik

BAKI, 7 fevral. TELEQRAF

"Rusiya ilə münasibətlər mürəkkəb olsa da, biz Moskva ilə sülh müqaviləsi imzalamağa ümidimizi itirməmişik".

Teleqraf xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sanae Takaiçi deyib.

Onun sözlərinə görə, Tokionun dörd şimal adası məsələsinin həlli və Rusiya ilə sülh müqaviləsi bağlamaq mövqeyi dəyişməz olaraq qalır.

"Bu problemin İkinci Dünya Müharibəsinin bitməsindən 80 il sonra da həll olunmamasına görə təəssüflənirəm. Yaponiya hökuməti mövcud vəziyyətə ciddi yanaşır".

Qeyd edək ki, Rusiya ilə Yaponiya arasında Urupa adası istisna olmaqla, Cənubi Kuril adaları üzərində ərazi mübahisəsi hələ də həll olunmayıb. Rusiya bu ərazilər üzərində suverenliyini qanuni hesab edir. Yaponiya isə onları tərkib hissəsi sayır.

Seçilən
32
teleqraf.com

1Mənbələr