Bakıda kulturoloqların, Azərbaycan ziyalılarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin “Azərbaycan Mədəniyyəti – 2040” dövlət konsepsiyasından irəli gələn vəzifələrin, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında səsləndirilən yeni ideyalara və strateji oriyentirlərin müzakirəsinə həsr olunmuş konfransı keçirilib.
Konfransda mədəniyyətin dövlətin inkişafında sistemyaradıcı resurs kimi elmi əsaslandırılmış anlayışı, yüksək mədəniyyətli insanın formalaşdırılması, kulturologiyanın institusionallaşdırılması, Mədəniyyət haqqında yeni Qanunun hazırlanması, habelə dövlət idarəçiliyində, təhsil, elm və ictimai məsuliyyətdə mədəniyyətin rolunun formalaşdırılması müzakirə edilib.
Həmçinin “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının əsas müddəalarını və onun həyata keçirilməsi üçün praktiki mexanizmləri, Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş ideyaların müasir dövlət siyasəti çərçivəsində kulturoloji baxımdan mənalandırılması, mədəniyyətin bütün sahələrində idarəçilik qərarlarının qəbul edilməsi sisteminə kulturoloji ekspertizanın tətbiq edilməsi perspektivləri, XXI əsr cəmiyyətində kulturoloji təfəkkürünün formalaşdırılmasında ziyalıların və KİV nümayəndələrinin oynadığı rolu müzakirə edilib.
Tədbir çərçivəsində həmçinin “Azərbaycan Mədəniyyəti – 2040” dövlət konsepsiyasının vəzifələrinin düzgün anlaşılması və onların həyata keçirilməsinə elmi əsaslandırılmış yanaşma barədə Bəyannamə qəbul edilib.
Konfrans təkcə mədəniyyət siyasətinin prioritetlərini qiymətləndirmək üçün deyil, eləcə də dövlətin humanitar sferada strateji məqsədlərinin reallaşdırılmasında iştirak etməyə hazır olan həmrəy peşəkarlar cəmiyyətini formalaşdırmaq məqsədilə çağırılır.
Qeyd edək ki, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunan tədbir suverenliyin bərpa edilməsindən sonrakı və uzunmüddətli strateji planlaşdırma reallığında yeni geosiyasi şəraitdə milli mədəniyyətin gələcəyi haqqında peşəkar və ictimai dialoq üçün intellektual platforma yaradacaqdır.



















