AZ

İtaliyadakı qış olimpiadasında müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək

Bu gün İtaliyanın Milan və Kortina-d’Ampeço şəhərlərinin ev sahibliyi etdiyi 25-ci Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, gün ərzində körlinq, sərbəst üslubda xizək sürmə, dağ xizəyi, hokkey, xizək yürüşü, fiqurlu konkisürmə, sürətli konkisürmə, xizəklə tramplindən tullanma və snoubord yarışları baş tutacaq.

Azərbaycanı təmsil edən idmançılardan Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramda çıxış edəcək. Anastasiya Papatoma isə fevralın 15-də nəhəng slalomda, üç gün sonra isə slalom yarışında mübarizəyə qatılacaq. Bu startlar İtaliyanın tanınmış dağ-xizək mərkəzi olan Kortina-d’Ampeçoda keçiriləcək.

Qeyd edək ki, 25-ci Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

İdman.Biz
Seçilən
11
idman.biz

1Mənbələr