AZ

Allahşükür Paşazadə Roma Papasının dəvəti ilə Vatikana gedir

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri ŞeyxülislamAllahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

QMİ-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər MüqəddəsTaxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri RomaPapası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.

Bildirilib ki, Şeyxülislam A.Paşazadə fevralın 9-da Pontifikinaudiensiyasında olacaq.

Qeyd edilib ki, səfər müddətində Azərbaycandakı dini konfessiyarəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin vədigər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdətutulur.

Seçilən
21
30
az.trend.az

10Mənbələr