AZ

Şeyxülislam Allahşükür PaşazadəVatikana səfərə yola düşür

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

Səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur. Şeyxülislam A. Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.
Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Seçilən
34
30
teleqraf.com

10Mənbələr