AZ

Millimizin üzvü Sofiya nəhənginə qarşı oynadı, komandası...

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun komandası “Arda” Bolqarıstan çempionatında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv 20-ci turun oyununda səfərdə Sofiya MOİK-i ilə qarşılaşıb. 

Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Cəlal da bu görüşdə iştirak edib. 22 yaşlı müdafiəçi meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, 20 turda 24 xal toplayan "Arda" hazırda turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub.

Seçilən
10
1
fanat.az

2Mənbələr