BAKI, 7 fevral. TELEQRAF
Bakı-Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Sürücünün diqqətsizliyi səbəbindən Mercedes markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır