TƏRTƏR, 7 fevral. TELEQRAF
Tərtərdə qanunsuz ət kəsimi ilə məşğul olan 4 nəfər saxlanılıb.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, əməliyyat nəticəsində Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli tutulublar.
T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb.
Saxlanılan şəxslər yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.