AZ

Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib

AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, Terrorla Mübarizə İdarəsi və İstanbul Polis Kəşfiyyat İdarəsinin əlaqəli şəkildə keçirdiyi əməliyyat MLKP-nin fəaliyyətinin müəyyənləşdirilməsi və qarşısının alınması məqsədini daşıyıb.

İstintaq çərçivəsində 24 fevral 2025-ci il tarixindən etibarən partiya strukturlarında, o cümlədən mətbuat və gənclər bölmələri adlanan qurumlarda texniki və kənar müşahidə aparılıb.

İstanbul və daha 21 vilayətdə eyni vaxtda reydlər keçirilib: Antalya, Adıyaman, Şanlıurfa, Rize, Bursa, Van, Tekirdağ, Qaziantep, Samsun, Tunceli, Malatya, Diyarbəkir, Kocaeli, Yalova, Balıkəsir, Dənizli, Ankara, İzmir, Sakarya, Adana.Keçirilən əməliyyat tədbirləri zamanı MLKP ilə əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb.

Axtarış zamanı 2 ədəd siqnal verən tapança, 3 ov tüfəngi, 489 ədəd patron, həmçinin çoxlu sayda təşkilati sənədlər və rəqəmsal daşıyıcı götürülüb.

Polisin əməliyyatları tamamlandıqdan sonra şübhəlilər məhkəməyə gətirilib. Məhkəmənin qərarı ilə 77 nəfər həbs edilərək həbsxanaya göndərilib. İki nəfər ev dustaqlığına buraxılıb, daha 23 nəfər isə məhkəmənin nəzarəti altında azadlığa buraxılıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
20
1
azvision.az

2Mənbələr