AZ

Sakura festivalı ləğv edildi- SƏBƏB

Ajans.az xəbər verir ki, qərara səbəb turistlərin davranışlarının kəskin şəkildə pisləşməsi və bunun yerli əhalinin sakit həyatına təhlükə yaratması olub. Şəhər meri Sigeru Horiutinin sözlərinə görə, Fudzi dağına açılan mənzərəli görüntülərin arxasında şəhər sakinlərinin gündəlik rahatlığına ciddi zərər vuran bir reallıq gizlənir. Şəhər rəhbərliyi turistlər tərəfindən çoxsaylı kobud pozuntularla üzləşib. Belə ki, bəzi turistlər şəxsi həyətlərdə ehtiyaclarını ödəyib, icazəsiz şəkildə özəl ərazilərə daxil olub və ətrafı zibilləyiblər. Yerli sakinlərin irad bildirməsi isə tez-tez münaqişələrlə nəticələnib. Valideynlər də şikayət ediblər ki, turistlər səkiləri tutaraq məktəbə gedən uşaqları sıxışdırırlar.

Problemin daha da kəskinləşməsinə bu məkanın sosial şəbəkələrdə sürətlə populyarlaşması və yenin zəifləməsi səbəb olub. Bu da Yaponiyanı turistlər üçün daha əlçatan edib. Sakura mövsümünün ən qızğın vaxtında Tokioya yaxın yerləşən bu şəhər gündə 10 mindən çox ziyarətçi qəbul edir.

Seçilən
14
3
Ajans.az

5Mənbələr