AZ

Yunanıstan narahatdır: ABŞ la danışıqlar aparır...

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Yunanıstanın “Atlantic Sea LNG Trade” şirkəti Cənubi Avropaya tədarük üçün ABŞ-dan ildə 15 milyard kubmetrə qədər mayeləşdirilmiş təbii qazın (LNG) 20 il müddətinə təmin olunması üzrə danışıqlar aparır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqlar Yunanıstanın Avropaya qaz nəqli üçün tranzit marşrutu kimi rolunu gücləndirmək istədiyi, eyni zamanda Avropanın 2027-ci ilin sonuna qədər Rusiya qazı idxalını dayandırmağa hazırlaşdığı bir dövrə təsadüf edir ki, bu da uzunmüddətli LNG tədarükləri uğrunda rəqabəti kəskinləşdirir.

Şirkət ABŞ-dan olan təchizatçılarla uzunmüddətli müqavilələr üzrə danışıqlar aparır və paralel olaraq Albaniya, Şimali Makedoniya, Bolqarıstan, Rumıniya, Macarıstan, Moldova, Avstriya və ehtimal ki, Ukraynadan olan potensial alıcılarla müzakirələr aparır.

“Atlantic Sea LNG Trade” şirkətinin baş icraçı direktoru Aleksandros Ekzarxu bildirib ki, hazırda gələcək qiymətlər üzrə danışıqlar aparmaq üçün ən yaxşı zamandır:

“Əgər Avropa bir daha qazdan asılı vəziyyətdə qalmaq istəmirsə, gələcəkdə balansı və münasib qiymətlərlə qazın əlçatanlığını təmin etmək üçün ABŞ ilə uzunmüddətli razılaşmalar bağlamalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
axar.az

1Mənbələr