AZ

“Axios”: Ağ ev Sülh Şurası liderlərin görüşünü keçirməyi planlaşdırır

Vaşinqton, 7 fevral, AZƏRTAC

Ağ ev fevralın 19-da Sülh Şurası liderlərin görüşünü keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” nəşri etibarlı mənbəyə istinadən yazıb. Bildirilir ki görüşün məqsədi Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi məsələsində irəliləyişə nail olmaq və yenidənqurma üçün maliyyə yardımı toplamaqdır.

Zirvə görüşü ilə bağlı planlar hələlik ilkin mərhələdədir və dəyişə bilər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
28
7
azertag.az

9Mənbələr