AZ

“İran razılaşma əldə etmək istəyir”

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Omanda İranla keçirilən danışıqlardan sonra açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp görüşlərin müsbət keçdiyini bildirib.

Trampın sözlərinə görə, danışıqlar çox yaxşı atmosferdə baş tutub və İran tərəfi razılaşma əldə etmək niyyətindədir.

O qeyd edib ki, danışıqların nəticələri ictimaiyyəti təəccübləndirə bilər.

“Əgər İran bu gün ilk görüşümüzdə təklif etdiklərini əvvəldən irəli sürsəydi, bu təkliflər dərhal qəbul edilərdi”, – deyə Tramp vurğulayıb.

ABŞ Pprezidenti İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini bir daha diqqətə çatdırıb. O bildirib ki, tərəflər arasında danışıqlar davam edəcək və gələn həftə İran nümayəndə heyəti ilə yenidən görüş planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
qafqazinfo.az

1Mənbələr