AZ

50 yaşdan tez ölməmək üçün bu qidalardan uzaq durun

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Gündəlik qidalanma rasionumuzda sağlam hesab etdiyimiz və ya dadına aldanaraq tez-tez müraciət etdiyimiz bəzi məhsullar, əslində, bədənimiz üçün "yavaşladılmış bomba" effekti yaradır. Uzunmüddətli və nəzarətsiz şəkildə istifadə olunan bir sıra qidalar ürək-damar sistemindən tutmuş xərçəng riskinə qədər ciddi fəsadlarla nəticələnə bilər. Xüsusilə trans yağların bol olduğu fast-food məhsulları, marqarinlər və rəflərdə aylarla qalan paketlənmiş şirniyyatlar damar tıxanıqlığının əsas səbəbkarları kimi ön plana çıxır. Bu qidalar nəinki çəki artımına, həm də həyati vacib orqanların fəaliyyətinin pozulmasına yol açır.Demokrat.az xəbər verir ki, şəkər və duz asılılığı da müasir dövrün ən böyük sağlamlıq təhdidlərindən biridir. Qazlı və enerji içkiləri, rəngli konfetlər şəkərli diabetin qapısını açdığı halda, çips və konservləşdirilmiş duzlu məhsullar böyrəkləri sıradan çıxarır, qan təzyiqini nəzarətdən çıxarır. Digər tərəfdən, səhər yeməklərinin vazkeçilməzi olan kolbasa və sosiska kimi emal edilmiş ətlər, tərkibindəki qatqı maddələrinə görə onkoloji xəstəliklərin əsas tetikleyicisi hesab olunur. Hətta mətbəxdə dəfələrlə istifadə edilən qızartma yağları belə, damar divarlarını zədələyən toksik maddələrə çevrilir.Lakin məsələ təkcə "zərərli" damğası vurulmuş qidalarda deyil. Bəzən faydalı bildiyimiz məhsulların miqdarını qaçırmaq da təhlükəlidir. Məsələn, gündəlik 1-2 fincan kofe enerjinizi artırsa da, həddindən artıq kofein ürək ritmini pozur və yuxusuzluq yaradır. Omeqa-3 mənbəyi olan ton balığı isə tərkibindəki civə riski səbəbindən həftədə iki dəfədən çox yeyilməməlidir. Sağlam qalmaq üçün rəngli paketlərdən yox, təbiətin bizə bəxş etdiyi təbii zülallara, tərəvəzlərə və ev şəraitində hazırlanan sadə yeməklərə üstünlük vermək kifayətdir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr